ABŞ-ın “Netmarketshare” analitik şirkətinin statistik məlumatlarına əsasən, Windows 7 əməliyyat sistemi (ƏS) istifadə səviyyəsinə görə Windows Vista-nı geridə qoyub. İyul ayında İnternetə qoşulmuş kompyuterlərin 14,46 %-də məhz Windows 7 quraşdırılıb. Vista-da isə bu göstərici 14,34 faiz təşkil edir. Analitiklərin sözlərinə görə, bu, Windows 7-nin təqdim olunmasından bu günə kimi ilk sıçrayışıdır.